Ukraynaya “girəcəyi” zaman ABŞ Qara dənizdən Rusiyaya ciddi zərbə vurmağa hazır vəziyyətdədir. SİA xəbər verir ki, bu fikri “The National Interest”in köşə yazarı Kris Osborn səsləndirib.
Materialın müəllifi Moskvaya qarşı quru və dəniz qüvvələrinin, o cümlədən Taktiki Tomaqavk raketlərinin və F-35 C və B tipli aviadaşıyıcıların istifadəsinə çağırış edib.
“Sualtı qayıqlardan və gəmilərdən atılan “Tomaqavk” raketləri kimi ağır və dəqiq atəş gücü Ukrayna sərhədi boyunca Rusiya qüvvələrinə zərbə vura bilər”, deyə Osborn bildirib.
"Rusiya quru qoşunlarının böyük bir kütləsi hava üstünlüyünə nail olarsa, böyük təyyarədaşıyıcı kampaniyasına qarşı həssas ola bilər. Rusiya beşinci nəsil Su-57 gizli qırıcıları idarə edir. Amma real təsir göstərmək üçün onların sayı kifayət qədərdirmi?", deyə o əlavə edib.
Ekspert Qara dənizdən zərbənin əsas məqsədi kimi "Ukraynaya zərbə" zamanı Moskvanın diqqətinin yayındırılmasını dilə gətirib.
Qeyd edək ki, bir qədər əvvəl Pentaqon, “ABŞ Qara dənizdə əməliyyatlarını davam etdirəcək, çünki bura beynəlxalq ərazidir”, deyib.
Xatırladaq ki, Kiyev və Qərb ölkələri Rusiyanın guya mümkün “aqressiv hərəkətləri”ndən narahatdır. Eyni zamanda, məhz Şimali Atlantika Alyansı qərb sərhədləri yaxınlığında hərbi qüvvələrin fəallığını artırır və bunu “Rusiya təcavüzünü cilovlamaq”la izah edir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya heç kəsi təhdid etmir, lakin onun maraqları üçün potensial təhlükəli hərəkətlər etmək cəhdlərinə də göz yuma bilməz. Həmçinin Rusiya dəfələrlə Qərbin və Ukraynanın ittihamlarını rədd edərək, bundan əlavə qoşun yeritmək üçün bəhanə kimi istifadə etdiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB