“Yunanıstanın silahlanma cəhdləri əbəsdir”

“Yunanıstanın silahlanma cəhdləri əbəsdir”

Milli Müdafiə naziri Hulusi Akar Yunanıstanın silahlanma cəhdləri ilə Türkiyə üzərində üstünlük əldə etmək cəhdinin əbəs olduğunu bildirib.

SİA xəbər verir ki, Hulusi Akar rəhbəri olduğu müdafiə nazirliyinin təşkil etdiyi tədbirdə bu barədə danışıb.

Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, qüvvələr komandirlərinin də iştirak etdikləri tədbirdə etdiyi çıxışında: “prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə beynəlxalq platformalarda söz sahibi mövqeyinə qovuşan Türkiyə hadisələrə qarşı proaktiv tədbirlər həyata keçirir. Türkiyə Silahlı Qüvvələri (TSQ) olaraq bizim vəzifəmiz ölkəmizin və millətimizin təhlükəsizliyini və müdafiəsini təmin etmək, suverenliyimizi, müstəqilliyimizi və dövlətimizi qorumaq üçün quruda, dənizdə və havada öhdəmizə olan vəzifələri qətiyyətlə yerinə yetirməkdir. Terrora qarşı mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”. Akar Yunanıstandakı silahlanma fəaliyyətlərinə də toxunub: “Yunanıstan müəyyən ölkələrin tələb və təhrikləri ilə silahlanaraq Türkiyə üzərində üstünlük əldə etməyə çalışır. Bu əbəs cəhddir. Biz millətimizin hüquq və mənafeyini qorumaq, müdafiə etmək üçün hər nə lazımdırsa edərik. Türkiyənin buna qadir olduğunu hamı bilməlidir”-deyə Akar vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə