2021-ci maliyyə ilində ABŞ-ın dövlətlərarası və özəl müqavilələr əsasında silah ixracının həcmi 175 milyard dollardan 138 milyard dollara qədər azalıb. SİA ABŞ Dövlət Departamentinin məlumatlarına istinadən xəbər verir ki, 2021-ci ildə Dövlət Departamentinin silah tədarükü üçün təsdiq etdiyi hökumətlərarası təmasların ümumi məbləği 34,81 milyard dollar təşkil edib. Özəl sektorda analoji müqavilələrin məbləği 103,4 milyard dollar təşkil edib.
2020-ci ildə bu rəqəmlər müvafiq olaraq 50,78 milyard dollar və 124,3 milyard dollar olub. Ümumi məbləğ təqribən 175 milyard dollar olub, yəni ixrac həcmlərində təxminən 21% azalma olub.
Amerikalı ekspertlər mənfəət üçün bütün dünyaya silah satmağa hazır olan Donald Trampın siyasətinə son qoyulacağına ümid edirlər. Bu, prezident Co Baydenin Səudiyyə Ərəbistanı və BƏƏ ilə müqavilələri yenidən müzakirə etmək niyyətindən xəbər verir. Lakin çox güman ki, Vaşinqtonun yanaşması dəyişməz qalacaq və bu, Rusiya və digər silah tədarükçüləri üçün problemlər vəd edir.
Hələ də daha çox şəffaflıq və Donald Trampın siyasətlərinin yenidən nəzərdən keçirilməsini istəyən silahlara nəzarət tərəfdarları hesab edirlər ki, ABŞ-ın tədarükləri sektorlar baxımından deyil, humanitar mülahizələrə əsaslanmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB