Ballistik raket qurğusu peykdə tutuldu

Ballistik raket qurğusu peykdə tutuldu

Vaşinqtonun Yaxın Şərqdəki ən mühüm müttəfiqlərindən birinin Çinlə razılaşmaya çalışması panikaya səbəb olub. SİA xarici mətbuata istinadən bildirir ki, qəzet Çinə qarşı sanksiyaların yolda olduğunu, lakin tikilən obyektin bölgədə silahlanma yarışını gücləndirdiyini və ABŞ-ın təsirinin getdikcə ortadan qalxdığını yazıb. Səudiyyə Ərəbistanı Çin ordusundan dəqiq raket texnologiyası idxal edib və öz ballistik raketlərini istehsal etməyə başlayıb. Bu, Yaxın Şərqdə silahlanma yarışı ilə bağlı narahatlıqları artırır.

Səudiyyənin səyləri ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinin Çinlə hərbi əməkdaşlığı artırmaq üçün atdığı bir sıra addımların sonuncusudur ki, bu da Vaşinqton və Pekin arasında artan düşmənçilik fonunda Bayden administrasiyasını qəzəbləndirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə