Peyvənddən imtina edən 66 ABŞ hərbçisi ordudan qovulub

Peyvənddən imtina edən 66 ABŞ hərbçisi ordudan qovulub

ABŞ Dəniz Piyadaları Korpusu 66 piyadanı koronavirusa qarşı peyvənd etməkdən imtina etdiyi üçün ordu sıralarından kənarlaşdırıb.

SİA xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusu məlumat yayıb.

Bildirilir ki, xəstəliyin insanlar arasında yayılma sürəti Dəniz Piyadaları və Korpusun missiyası üçün riski artırır.

Dəniz Piyadaları Korpusu həmçinin vaksinasiyadan dini zəmində azad olunmağa dair bütün xahişləri də rədd edib.

Dəniz piyadaları arasında peyvənd olunma göstəriciləri ABŞ ordusunda ən aşağıdır. Hərbi-Dəniz, Hərbi Hava Qüvvələri və Orduda hərbçilərin 98%-i azı bir peyvənd qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə