2025-ci ildə AES-lərin fəaliyyəti dayandırılacaq...

...Belçikada
2025-ci ildə AES-lərin fəaliyyəti dayandırılacaq...

Belçika 2025-ci ildə ölkədə yerləşən iki atom elektrik stansiyasının fəaliyyətini dayandırmaq niyyətindədir.

SİA xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Bununla belə, ölkədə nüvə enerjisinin inkişaf etdirilməsi gələcək illər üçün prioritet olacaq.

Qeyd edək ki, AES-lərdən gələn təhlükənin kifayət qədər böyük olmasına baxmayaraq, onların sayı ildən-ilə artmaqda davam edir. Bunun da səbəbləri aydındır: Belə ki, məhz AES-lərin işə düşməsindən sonra elmi-texniki tərəqqiyə nail olundu. Xüsusilə kosmosun fəthi üçün geniş perspektivlər açıldı. Buraya dünya ağalığı uğrunda mübarizə aparan ölkələrin məhz AES-lərin hesabına atom bombasının hazırlanması üçün müvafiq material əldə etməsini də əlavə etmək lazımdır. Artıq sivil dünyamızı AES-siz təsəvvür etmək mümkün deyil. Belə ki, enerji alınmasında istifadə edilən təbii qaynaqlar get-gedə azalmaqdadır və bu da özlüyündə enerji qıtlığına gətirib çıxarır. Bu baxımdan da insanların elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsində AES-lər xüsusi rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə