Monteneqro Prezidenti koronavirusa yoluxub

Monteneqro Prezidenti koronavirusa yoluxub

Monteneqro Prezidenti Milo Cukanoviç koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Belə ki, koronavirusa yoluxmuş şəxslə təmasdan sonra Cukanoviçin COVID-19 testi müsbət çıxıb.

“Prezidentdə xəstəliyin yüngül simptomları var, özünü yaxşı hiss edir. Epidemiya tədbirləri ilə əlaqədar o, təcrid olunacaq və bu rejimdə öz vəzifələrini icra edəcək”, – məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə