İranın nüvə proqramına dair danışıqlar baş tutacaq

İranın nüvə proqramına dair danışıqlar baş tutacaq

Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) Birgə Komissiyasının bazar ertəsi toplantısı nəzərdə tutulur.

SİA xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

Qeyd olunur ki, Komissiyanın iclasında ABŞ-ın İrana qarşı qeyri-qanuni sanksiyalarının aradan qaldırılması yolları müzakirə olunacaq

Birgə Komissiyanın iclası Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Enrike Moranın sədrliyi altında keçəcəyi bildirilir.

Həmçinin, ABŞ-ın 2015-ci il İran nüvə sazişinə qayıtması imkanlarını və razılaşmanın bütün tərəflərlə tam şəkildə həyata keçirilməsinin təmin edilməsi yollarını müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə