Castin Trüdo özünü karantinə alıb

Castin Trüdo özünü karantinə alıb

Kanadanın Baş naziri Castin Trüdo birlikdə işlədiyi komandadan altısının "Covid-19" testlərinin müsbət çıxmasından sonra özünü karantinə aldığını açıqlayıb.

SİA xəbər verir ki, baş nazir Trüdo paytaxt Ottavadakı iqamətgahından onlayn mətbuat konfransında ofisindən üç məmur və mühafizə qrupundan üç mühafizəçinin "Covid-19" testlərinin müsbət çıxdığını bildirib.

Müntəzəm testlərdən keçdiyini və təmaslarını mümkün qədər azaltmaq kimi ictimai sağlamlıq protokollarına əməl etdiyini qeyd edən Trüdo "İndiyədək tövsiyələrə əməl etmişəm. Mütəmadi olaraq sürətli testlər aparmışam. Nəticələr indiyə qədər mənfidir. Müsbət test nəticəsinin olub-olmadığını biləcəksiniz, söz verirəm. İşçi heyətimlə əlaqəmin xarakterini nəzərə alaraq, mən tam karantindəyəm. Təbii ki, ictimai sağlamlıq qaydalarına əməl etməyə davam edəcəyik" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə