Daha iki terrorçu öldürülüb

Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG üzvü daha 2 terrorçu zərərsizləşdirilib.

SİA xəbər verir ki, Türk silahlı qüvvəlirinin Suriyanın şimalında həyata keçirdikləri “Sülh Bulağı” əməliyyatı ilə terrorçulardan təmizlənmiş əraziyə daxil olmağa cəhd edən separatçı terror təşkilatı PKK/YPG üzvü 2 terrorçu zərərsizləşdirilib.

TRT xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən məlumat yayılıb: “Qəhrəman hərbçilərimizin Suriyada həyata keçirdikləri ‘Sülh Bulağı’ əməluyyatı ilə terrorçulardan təmizlənmiş ərazidə sülh və təhlükəsizliyi pozmaq istəyən terrorçulara qarşı müdaxilə və mübarizəmiz qərarlılıqla davam edir. Bölgəyə qarşı təxribat atəşi açıb əraziyə girməyə cəhd edən PKK/YPG üzvü iki terrorçu qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə