Rusiya və ABŞ arasında danışıqlar yanvarda baş tutacaq

Rusiya və ABŞ arasında danışıqlar yanvarda baş tutacaq

Təfərrüatlar hələ yekunlaşmasa da, ABŞ yanvarda Rusiya ilə təhlükəsizlik danışıqları aparacaq. SİA xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Cen Psaki söyləyib.

"Bizim danışıqlarımız var və bu, yanvarda olacaq. Sadəcə, biz onların bütün təfərrüatları barədə hələ razılığa gəlməmişik, yəni bu, növbəti addım olacaq", deyə Psaki jurnalistlərə bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Psaki Rusiya prezidenti Vladimir Putinin danışıqların yanvarın əvvəlində Cenevrədə keçirilə biləcəyi ilə bağlı bəyanatlarını təsdiqləməkdən imtina edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə