Dünyada koronavirusa yoluxanların sayı məlum olub

Dünyada koronavirusa yoluxanların sayı məlum olub

Dünyada koronavirusa yoluxanların sayı 275 milyonu keçib. SİA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gendəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 541 319 yoluxma halı və 5 735 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 275 233 892 nəfər yoluxub. Onlardan 5 364 996 nəfər vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə