Efiopiya ordusu Tıqrayda iri şəhəri ələ keçirib

Efiopiya ordusu Tıqrayda iri şəhəri ələ keçirib

Efiopiya ordusu ölkənin şimalında yerləşən strateji əhəmiyyətli Alamata şəhərini ələ keçirib.

SİA xəbər verir ki, bu barədə “Agence France Presse” məlumat yayıb.

Alamata Tıqray ərazisində federal qüvvələrin ötən ay başlayan əməliyyatı nəticəsində azad edilən ilk şəhər olub.

İyun ayında isə Tıqraydakı üsyançılar bölgənin inzibati mərkəzi olan Mekele şəhərini ələ keçiriblər və Efiopiya hökuməti qeyd-şərtsiz atəşkəs elan edib. Üsyançılar daha sonra yenidən hücuma keçərək Tıqrayın cənubunun çox hissəsinə nəzarəti ələ alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə