ABŞ Prezidenti Cozef Bayden koronavirusun müəyyən edilməsi ilə əlaqədar test verib.
SİA xəbər verir ki, bu barədə Ağ Evdən bildiriblər.
Məlumata əsasən, ABŞ Prezidentidenti təyyarədə Ağ Evin koronavirusa yoluxmuş əməkdaşı ilə sıx təmasdan sonra test vermək qərarına gəlib.
"Bu gün səhər C.Bayden PCR-test verib və testin nəticəsi neqativ olub", - deyə Ağ Evin məlumatında bildirilir.
Qeyd edilir ki, C.Bayden koronavirusa yoluxan Ağ Ev əməkdaşı ilə dekabrın 17-si Cənubi Karolinadan Pensilvaniyaya uçuş zamanı təmasda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB