Bir neçə ölkə Aİ-nin sanksiyalarına qoşulub BELARUSA QARŞI

Bir neçə ölkə Aİ-nin sanksiyalarına qoşulub BELARUSA QARŞI

Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, həmçinin İslandiya, Lixtenşteyn və Norveç Avropa İttifaqının Belarusa qarşı sanksiyalarının beşinci paketinə qoşulub. SİA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət bəyanatında deyilir.

Qeyd edək ki, dekabrın əvvəlində Aİ Belarusa qarşı yeni sanksiyalar elan edib. Bu, ötən il Belarusda keçirilən prezident seçkilərindən sonra beşinci sanksiya paketidir, hansıki, ondan sonra ölkədə etirazlar baş verib. Aİ-nin Belarusa qarşı beşinci sanksiya siyahısına 17 fiziki şəxs və 11 təşkilat daxildir. İndi Avropa İttifaqının anti-Belarus sanksiyalarında iştirak edən şəxslərin ümumi sayı 183 nəfərə və 26 təşkilata çatıb. Sanksiyalar arasında fiziki şəxslərin Aİ-yə girişinə qadağa qoyulması, habelə fiziki şəxslərin və təşkilatların hesablarının dondurulması daxildir. Bundan əlavə, avropalı şəxslərə və şirkətlərə bu siyahılarda olanlara vəsait köçürmək qadağandır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə