Rusiya ilə qaz müqavilələrinə riayət olunaq

Rusiya ilə qaz müqavilələrinə riayət olunaq

Almaniyanın İqtisadiyyat Nazirliyi əmin edib ki, Rusiya ilə qaz tədarükü üzrə uzunmüddətli müqavilələrə bundan sonra da riayət olunacaq. SİA xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Londonun ICE birjasının məlumatına görə, Avropa fyuçers bazarında qazın qiyməti sürətlə yeni rekord səviyyələri qırır və çərşənbə axşamı tarixdə ilk dəfə olaraq gündə 27%-dən artaraq, hər min kubmetr üçün 2150 dolları keçib.

"Bizdə olan məlumata görə, uzunmüddətli tədarük müqavilələrinə, o cümlədən Rusiya müqavilələrinə riayət olunacaq. Bununla belə, spot (qısamüddətli) bazar hələ də yüksək tələbata malikdir və nəticədə yüksək qiymətlər var", deyə Almaniya İqtisadiyyat Nazirliyindən bildirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə