Donbassda təlim atışları həyata keçirilib JAVELİN RAKET SİSTEMLƏRİNDƏN
Donbassda “Javelin” raket sistemlərindən ilk təlim atışları həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “Dom” dövlət telekanalı məlumat yayıb.
Bir qədər əvvəl Ukrayna Baş Qərargahı Donbassda birgə qüvvələrin əməliyyat bölgəsində Bayraktar pilotsuz təyyarələri və Javelin raket sistemlərinin istifadəsi ilə bağlı məlumatları məxfiləşdirmişdi.
"Javelindən ilk dəfə Donbassda istifadə edilib. Atışlar döyüş şəraitində deyil, poliqonda aparılıb. Bu raket sistemi zirehli texnikanı məhv etmək üçün nəzərdə tutulub. Onun əsas üstünlüyü idarəetmənin asanlığıdır. Atışdan sonra raketi idarə etmək olar. Bu, demək olar ki, yüz faiz atəş dəqiqliyinə nail olmağa imkan verir", deyə məlumatda bildirilir.
Telekanalın məlumatına görə, hazırda Ukrayna 100-ə yaxın Javelin atıcı qurğusu və onlar üçün 500-ə yaxın raketlə silahlanıb.
“Rusiyanın tam miqyaslı işğalı halında, onlar Donbassda istifadə oluna bilər”, deyə telekanalın məlumatında qeyd olunur.
Xatırladaq ki, daha əvvəl Ukrayna Ali Radasının prezidentyönlü “Xalqın qulluqçusu” partiyasının fraksiyasından olan deputatı, parlamentin milli təhlükəsizlik komitəsinin müdafiə sənayesi və texniki modernləşdirmə üzrə alt komitəsinin rəhbəri İqor Kopıtin, Ukrayna ordusunun Donbassda “Javelin” tank əleyhinə raket kompleksindən istifadə etdiyini bildirib. Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ prezidenti Co Baydenin Ukraynaya Javelin təchizatı da daxil olmaqla 60 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədiyini qeyd edib. Kiyevə silah, o cümlədən Javelin tədarükü 2017-ci ildə, Donald Trampın hakimiyyəti dövründə ABŞ Administrasiyası tərəfindən təsdiqlənib. Barak Obamanın əvvəlki administrasiyası Ukrayna tərəfinin dəfələrlə müraciət etməsinə baxmayaraq, bundan imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB