Bu ixtira dünyanı həyəcanlandırdı

Bu ixtira dünyanı həyəcanlandırdı

Çində elm adamları toyuq kimi yumurtadan çıxmağa hazırlaşan dinozavrın mükəmməl qorunmuş embrionunu tapdıqlarını açıqlayıblar. SİA xarici mətbuata istinadən bildirir ki, çinli alimlər bütün dünyanı həyəcanlandıran kəşflərini açıqlayıblar. Ölkənin cənubundakı Ganzhou bölgəsində aşkar edilən embrionun 66 milyon il yaşı olduğu təxmin edilib. Balaca "Yingliang" adlı dinozavrın dişsiz "Theropod" dinozavrı və ya "Oviraptorozavr" olduğu düşünülür. İkiayaqlı "Teopodlar" qısa ön ayaqları və uzun arxa ayaqları olan dinozavrlar kimi təsvir edilmişdir. Yumurta oğurlayan kərtənkələlər mənasını verən "Oviraptorozavrlar", 66-100 milyon il əvvəl, indiki Asiya və Şimali Amerika qitələrində, Təbaşir dövrünün sonlarında yaşamış tüklü dinozavrlar idi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə