Okeanda baş verən gəmi qəzasında ölənlərin sayı 64-ə çatıb

Okeanda baş verən gəmi qəzasında ölənlərin sayı 64-ə çatıb

Madaqaskarın şimal-şərq sahilləri yaxınlığında yük gəmisinin bazar ertəsi günü gecə saatlarında qəzaya uğraması nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb, 24 nəfər isə itkin düşüb.

“Reuters” xəbər verir ki, bunu yerli Dənizçilik və Çay Limanları Agentliyindən (APMF) bildiriblər.

Görülən xilasetmə və axtarış tədbirləri nəticəsində 50 nəfərin tapılaraq xilas edildiyi deyilir.

Qeyd edək ki, gəmidə 138 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə