Peyvənd olmaq hər kəsin vətənpərvərlik vəzifəsidir - ABŞ PREZİDENTİ VURĞULADI
ABŞ Prezidenti Co Bayden administrasiyası ölkədə Covid-19 hadisələrinin artması və virusun “Omikron” mutasiyasının sürətlə yayılması ilə mübarizə strategiyasını izah edən bir çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdən xalqa müraciət edən Bayden, peyvənd olunmağın və tibbi maska taxmağın vacibliyini dəfələrlə vurğulayıb. "Omikron" mutasiyasının ölkədə dominant mutasiya halına gəldiyini qeyd edən Bayden, “peyvənd olunmayan insanların infeksiyaya yoluxma və ölmə riski daha yüksəkdir. Peyvənd olmaq sizin məsuliyyətinizdir, lakin bu qərar təkcə insanın özünə deyil, ətrafındakı insanlara da təsir edir” deyib. O, peyvənd olunmayan insanları peyvənd etməyə çağırıb.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB