Sudanın baş naziri Abdullah Hamduk yaxın bir neçə saat ərzində istefa vermək niyyəti barədə bir sıra siyasətçilərə məlumat verib.
SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Hamdukun həmsöhbətləri onu postunu tərk etməməyə çağırsalar da, o, fikrindən dönməyib.
Oktyabrın 25-nə keçən gecə Sudanda aktiv etirazlarla müşayiət olunan siyasi böhranın qızğın çağında hərbçilər baş nazir A.Hamdukun başçılıq etdiyi bir qrup yüksək rütbəli məmuru həbs edərək, mülki nümayəndələri hakimiyyətdən tamamilə uzaqlaşdırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB