Siomara Kastro ölkəsinin ilk qadın prezidenti oldu

Siomara Kastro ölkəsinin ilk qadın prezidenti oldu

Hondurasda Azadlıq və Yenidənqurma Partiyasının namizədi Siomara Kastro Prezident seçilib.

SİA xəbər verir ki, bu barədə Milli Seçki Şurasının “Tvitter” hesabında məlumat yayılıb. Bildirilib ki, Noyabrın 28-də baş tutan seçkilərdə seçicilərin 51,12%-i Kastroya səs verib.

Onun əsas rəqibi, hakim Honduras Milli Partiyasının namizədi Nəsri Asfur isə 36,93% seçicinin dəstəyini qazanıb.

Siomara Kastro Honduras tarxinin ilk qadın Prezidenti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə