Sosial mediaya bomba kimi düşən görüntülərdə top qülləsi və aydın şəkildə görünən tank suyun üzərində üzürdü. SİA xarici mərbuata istinadən bildirir ki, sözügedən tank çox paslanmış olsa da, ehtiyat yanacaq qutusu və yedək ipi də daxil olmaqla, bir sıra avadanlıqlarının sağlam olduğu görünür. Cənub-Şərqi Asiya ölkəsi olan İndoneziya sularında görünən sirli üzən tankla bağlı İndoneziya ordusu araşdırmalar apardıqlarını bildirsə də, ordu rəsmiləri ziddiyyətli açıqlamalar verib.
Qeyd edək ki, fotoşəkillər Cənubi Çin dənizinin ən cənub hissəsində və əsasən İndoneziya ərazi sularında yerləşən Natuna dənizində neft platforması işçiləri tərəfindən çəkilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB