İşlədiyi bankı qarət etdi

Rusiyada işlədiyi bankı qarət edən bankir polis tərəfindən yaxalanıb. SİA xarici mətbuata istinadən bildirir ki, 15 günlük axtarışlardan sonra oğru polis tərəfindən saxlanılıb. Rusiyanın Krasnoyarsk şəhərində bank filiallarından birində çalışan 30 yaşlı Anna Qriqoryeva işdən sonra oğurladığı pulla yoxa çıxıb. Anna Qriqoryev iş saatlarından sonra çantasına və cibinə 15 milyon rubl, 49 min dollar və 49 min avro dolduraraq işlədiyi bankdan çıxıb. Təhlükəsizlik kameralarının aşkarlanması ilə işçinin bankı soyduğu üzə çıxandan sonra Rusiya bankı həmin görüntüləri sübut kimi təqdim edib və işçinin tapılması üçün Rusiya polisinə müraciət edib. Təxminən 15 gündür polis tərəfindən axtarışda olan bank işçisinin tutulması üçün hava limanlarına, qatar stansiyalarına, terminallara və gömrük orqanlarına məlumat verilərkən, ölkədəki bütün polis bölmələrinə qadını gözləri önündə yaxalamaq tapşırılıb. Bank işçisi həyat yoldaşı ilə əməkdaşlıq etməkdə şübhəli bilinərək saxlanılıb, işçinin anası qızına zəng edərək təslim olmasını istəyib. Təzyiqlərə dözə bilməyən əməkdaş təslim olub. Rusiya polisi tərəfindən saxlanılan işçinin yaşadığı yerdə aparılan axtarışlar zamanı cəmi 180 min rubl ələ keçirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə