ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı həmvətənlərinə COVID-19 koronavirusu ilə bağlı müraciət edəcək. Lakin o qapanma elan etməyi planlaşdırmır.
SİA xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.
Onun sözlərinə görə, müraciətdə söhbət qapanmadan getmiyəcək. Bayden əsasən peyvəndləməni sürətləndirmək üçün yeni tədbirlər haqqında danışmağı planlaşdırır.
Ölkə başçısı həmçinin koronavirusa qarşı peyvənd olunmaq istəməyən amerikalılara sağlamlıqlarına risklər barədə xəbərdarlıq etmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB