Myanmada kütləvi qətliamlar ortaya çıxdı

Myanmada kütləvi qətliamlar ortaya çıxdı

Ordu iyul ayında Myanmada ən azı 40 nəfərin ölümü ilə nəticələnən bir sıra kütləvi mülki qətliamlar həyata keçirib.

"BBC"nin məlumatına görə, ordu iyul ayında Myanmada ən azı 40 nəfərin ölümü ilə nəticələnən bir sıra kütləvi mülki qətliamlar həyata keçirib.
SİA xəbər verir ki, qətliamlar iyul ayında Saqainq bölgəsində müxalifətin güclü olduğu Kani qəsəbəsindəki 4 ayrı hadisədə qeydə alınıb.

Şahidlər və sağ qalanlar bildiriblər ki, əsgərlər kişiləri ayırmazdan əvvəl kənd sakinlərini mühasirəyə alıblar.

Video çəkilişlərdən və fotoşəkillərdən məlum olub ki, öldürülənlər əvvəlcə işgəncəyə məruz qalıblar.

Sağ qalanlardan biri öldürülənlər haqqında "Onları bağladılar, daş və çubuqlarla döydülər və bütün günü işgəncələrə məruz qaldılar" deyib.

Qeyd edək ki, Myanmada Aunq San Suu Kyi administrasiyası fevralda hərbi çevriliş nəticəsində buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə