Rusiya iki alman diplomatı ölkədən çıxarır

Rusiya iki alman diplomatı ölkədən çıxarır

Rusiya Xarici İşlər Nazirliyi Berlinin oxşar addımına cavab olaraq iki alman diplomatını ölkədən çıxardığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən şərhdə qeyd olunur.

Moskva əmin edib ki, Rusiya tərəfi gələcəkdə ona yönəlmiş “Berlin tərəfindən istənilən potensial qarşıdurma hücumlarına mütənasib şəkildə cavab verəcək”.

Almaniya Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, Moskvanın hərəkətləri iki ölkə arasında münasibətləri çətinləşdirəcək.

“Bu addım sürpriz olmadı, lakin federal hökumətin nöqteyi-nəzərindən bu, qətiyyən haqlı addım deyil”, deyə Almaniya XİN bildirib.

Qeyd edək ki, Berlin Ali Məhkəməsi rusiyalı Vadim Sokolovu (Krasikov) Xanqoşvilinin qətlində təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib. Müdafiə tərəfi sübut bazasının yetərli olmadığını iddia edir, lakin apellyasiya şikayəti üzrə qərar hələ qəbul edilməyib.
Bundan sonra Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Sergey Neçayevi çağırıb və iki diplomatın ölkədən çıxarıldığını elan edib. Bu qərarı kansler Olaf Şolz da dəstəkləyib.

Moskva bununla razılaşmayıb və cavab tədbirləri görəcəyini vəd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə