“Rossiya seqodnya” xəbər agentliyinin baş direktoru və “Vesti nedeli” verilişinin aparıcısı Dmitri Kiselev Qərbi Rusiyanı belə vəziyyətə salmamağa çağırıb. SİA xəbər verir ki, bu sözləri agentliyin baş direktoru “Rossiya 1” kanalında söyləyib.
Onun sözlərinə görə, Rusiya Qərbə təhdid yaratmamağı təklif edir, əks halda hər şey radioaktiv külə çevriləcək.
Qeyd edək ki, dekabrın 7-də Rusiya Federasiyası və ABŞ liderləri Vladimir Putin və Co Bayden bağlı qapılar arxasında danışıqlar aparıblar. Nəticədə Ağ Ev bildirib ki, Bayden söhbətdə Ukrayna ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib, diplomatik həllə çağırış edib. Putin amerikalı həmkarını Ukraynanın Minsk razılaşmalarına əməl etməməsi və sazişləri sabotaj etməsi barədə məlumatlandırıb, həmçinin qeyd edib ki, məhz NATO Ukrayna ərazisini zəbt etmək və Rusiya sərhədlərində hərbi potensialını artırmaq üçün təhlükəli cəhdlər edir.
Xatırladaq ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələrini paylaşıb. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə verilib. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişlənməməsinə təminat versin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB