Belçikada 5-11 yaşlı uşaqlar peyvənd olunacaq

Belçikada 5-11 yaşlı uşaqlar peyvənd olunacaq

Belçikada Yeni il öncəsi 5-11 yaş arası uşaqlar Covid-19-a qarşı peyvənd olunacaqlar. SİA xarici mətbuata istinadən bildirir ki, koronavirusun sürətlə yayılan "Omikron" mutasiyasının ortaya çıxmasından sonra ölkələr peyvənd kampaniyalarını sürətləndiriblər. Bu çərçivədə uşaqlara peyvənd edilməsinə qərar verən Avropa ölkələri sırasına Belçika da əlavə edilib.

Belçika Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə 5-11 yaş arası uşaqların Covid-19-a qarşı peyvənd edilməsinə qərar verildiyi bildirilib. Covid-19 simptomları üçün yüksək risk altında olan uşaqlara peyvənd edilməsinin şiddətlə tövsiyə edildiyi açıqlamada, risk qrupuna daxil olan uşaqlara dekabr ayının sonundan etibarən peyvənd edilməyə başlanacağı bildirilib. Bildirilib ki, bu yaş qrupunda olan uşaqlar üçün peyvənd pulsuz və istəyə bağlı olacaq və yalnız onların ailələrinin razılığı ilə peyvənd edilməsinə icazə veriləcək. Həmçinin bildirilib ki, uşaqlara peyvənd statusu ilə bağlı məhdudiyyətlər qoyulmayacaq.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə