Avropa Dərman Agentliyi (EMA) bazar ertəsi keçirilən növbədənkənar iclasda Amerikanın “Novavax”dan olan antikoronavirus peyvəndi Nuvaxovid-i təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Aİ Tənzimləyicisinin açıqlamasında deyilir.
İndi Avropa Komissiyası tənzimləyicinin qərarını təsdiq etməlidir və peyvənd Aİ ölkələri tərəfindən istifadə oluna bilər.
Xatırladaq ki, bu yaxınlara qədər Pfizer / BioNtech, Moderna, AstraZeneca və Johnson & Johnson olmaqla dörd COVID-19 peyvəndi Aİ-də istifadə üçün təsdiq edilibdir.
Rusiyanın Sputnik V, Çinin Sinovac, Fransanın Sanofi Pasteur və Fransanın Valneva olmaqla daha dörd peyvənd mərhələli müayinə prosedurundan keçir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB