Bu həftə sonu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana səfər edəcək.
SİA-nın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.
S.Xətibzadənin sözlərinə görə, səfər Azərbaycan xarici işlər nazirinin dəvəti əsasında baş tutacaq:
“İranlı nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlər, ticarət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılacaq”, - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə