ABŞ-da baş verən möcüzəvi doğuş tarixə bir ilk kimi düşüb. Dünya şöhrətli milyarder Elon Mask əsasını qoyduğu "Tesla" smart avtomobil avtopilotunda xəstəxanaya yetişməyə çalışarkən dünyanın ilk “Tesla” körpəsi dünyaya gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ABŞ-ın Filadelfiya şəhərində baş verib. 34 yaşlı Ketinq Şerri həyat yoldaşı 33 yaşlı Yiranı doğum üçün xəstəxanaya çatdırmağa çalışarkən çox vaxtının qalmadığını anlayanda tez qərar verməli olub. Əslində, Yiranın ağrıları dünən gecədən başlamışdı, amma qadın səhər xəstəxanaya gedib doğum etməyə vaxtı olduğunu düşünmüşdü.
Xəstəxanaya aparılan ana və körpəyə xəstəxanada “Tesla körpəsi” ləqəbi verilib. Balaca qızcığazın adını "Tesla"nın qurucusu Elon Maskın anası Maeve Maskın şərəfinə qoyublar. Tesla körpəsinə Maeve Lili adını verdiklərini deyən Şerri, "Teslanın dahi mühəndislərinə belə möhtəşəm avtopilot hazırladıqları üçün təşəkkür etmək istəyirəm" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB