Çilidə prezident seçkilərinin nəticələri məlum olub

Çilidə prezident seçkilərinin nəticələri məlum olub

Çilidə prezident seçkilərinin ikinci turunda Qabriel Boriç qalib gəlib.

SİA-nın xəbərinə görə, bülletenlər tam sayıldıqdan sonra məlum olub ki, solçu namizəd səslərin 56%-ni toplayıb. Onun rəqibi, sağçı Xose Antonio Kast seçicilərin 44%-nin etimadını qazana bilib.
Prezident seçkilərinin ikinci turunda seçici fəallığı 55% olub ki, bu da 2012-ci ildən sonra ən yüksək rəqəmdir.

35 yaşlı Boriç Çili tarixində ən cavan prezident hesab olunur. O həm də bütün dünyada ən gənc prezidentlər arasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə