Peruda koronavirusun "omikron" ştammına ilk yoluxma halları qeydə alınıb.
SİA-nın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Ernando Sevalosa deyib.
Onun sözlərinə görə, "omikron" ştammı 4 nəfərdə aşkarlanıb, Milli Səhiyyə İnstitutu o insanlara nəzartə edir.
Nazir qeyd edib ki, daha 2 nəfərdə "omikron" ştammının olması ehtimalı var.
"Onlarla təmasda olan daha iki nəfərdə testin nəticəsi müsbət çıxıb; bu müsbət reaksiyanın ən çox rast gəlinən "delta" variantı və ya "omikron" variantı olub-olmadığı yoxlanılır", - deyə nazir əlavə edib.
Nazir eyni zamanda ölkə əhalisini koronavirusa qarşı peyvənd olunmağa çağırıb. Onun sözlərinə görə, koronavirusdan qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB