Rusiya təhlükəsizlik orqanları terror təhlükəsini kəskin şəkildə azaltmağa müvəffəq olub. Cari ilin 11 ayında 32 terror aktının qarşısı alınıb.
SİA-nın məlumatına görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə videomüraciətində bildirib.
"Son illərdə bu çətin, son dərəcə məsuliyyətli (terrorla mübarizə - red.) sahəsində mühüm uğurlar və bütövlükdə müsbət dinamika var. Terror təhlükəsinin kardinal şəkildə azalmasına nail olduq", deyə Vladimir Putin bildirib.
Onun sözlərinə görə, son 11 il ərzində 200-dən artıq, cari il ərzində isə 32 terror aktının qarşısı alınıb. "Bu yaxşı nəticədir, lakin problemlər hələ də mövcuddur", - deyə Rusiya Prezidenti qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB