Tramp Si Cinpini “qatil” adlandırdı

Tramp Si Cinpini “qatil” adlandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin lideri Si Cinpini “qatil” adlandırsa da, koronavirus pandemiyası başlayana qədər onunla yaxşı anlaşdığını deyib. SİA xəbər verir ki, bu sözləri Tramp Fox-a müsahibəsində söyləyib.

"Prezident Si ilə əla münasibətim var idi. Mən onu həqiqətən bəyəndiyimi düşündüm və ondan xoşum gəldi", deyə Tramp bildirib.

Onunla danışan jurnalist Mariya Bartiromo, “O, qatildir” deyərək keçmiş prezidentin sözünü qışqıraraq kəsib.

"O, qatildir, amma mənim onunla əla münasibətim var idi. COVID-19 ortaya çıxanda artıq fərqli oldu", deyə Tramp qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə