Tayvan sahillərində 4,5 maqnitudalı zəlzələ olub

Tayvan sahillərində 4,5 maqnitudalı zəlzələ olub

Tayvanın şərq sahillərində 4,5 maqnitudalı zəlzələ olub. SİA-nın xəbərinə görə, bu barədə Tayvan Seysmoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Taydun şəhərindən 32,2 km şimal-şərqdə, dənizdə 22 km dərinlikdə yerləşib.

Zəlzələ Xualyan və Taydun əyalətlərində hiss olunub.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə