Avstriyaya giriş sərtləşdirilir...

Sabahdan Avstriyaya yalnız peyvənd olunmuş şəxslər buraxılacaq
Avstriyaya giriş sərtləşdirilir...

Koronavirusun “omikron” ştamının yayılması ilə əlaqədar Avstriya dekabrın 20-dən yalnız peyvənd olunmuş şəxslərin ölkəyə girişinə icazə verəcək.

SİA xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi xəbər yayıb.

Bununla yanaşı, bütün ölkələrdən giriş üçün məcburi “2P+” sistemi tətbiq ediləcək.

“2P+” sisteminə həm peyvəndin üçüncü dozası olan, həm də PCR testi mənfi çıxmış şəxslər daxildir.

Avstriya və Avropa İttifaqının qalan ölkələrində peyvənd olunmamış və ya koronavirusa yoluxmamış vətəndaşlar elektron qeydiyyatdan keçməli və 10 günlük karantinə əməl etməlidirlər. PCR testi mənfi olarsa, karantin beş gün də çəkə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB