Bağdadın "yaşıl zona"sına raket zərbələri endirilib

Bağdadın "yaşıl zona"sına raket zərbələri endirilib

Bağdadda ABŞ və digər ölkələrin diplomatik nümayəndəliklərinin yerləşdiyi "yaşıl zona" bazar günü gecə raket atəşinə tutulub.

SİA xəbər verir ki, ABŞ-ın İraqdakı səfirliyində siren səsləri eşidilib və müdafiə sistemi işə salınıb.

Qeyd olunur ki, zərbə Bağdadın şərqindəki Fələstin küçəsindən (Falastin) endirilib.

ABŞ səfirliyi hələlik raket zərbəsinin endiriləməsi ilə bağlı heç bir məlumat yaymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə