"SpaceX" şirkəti orbitə yeni peyklərini çıxarıb

Falcon 9 ağır daşıyıcı raketi Starlink sisteminin 52 mini peykdən ibarət növbəti partiyanı uğurla orbitə çıxarıb.

SİA xəbər verir ki, bu Starlink-ə internet şəbəkəsinin əhatəsini nişləndirməyə imkan verəcək.

"SpaceX"in orbital qruplaşması hazırda hər birinin çəkisi 290 kq olmaqla 1942 kosmik aparatdan ibarətdir. Şirkət hazırda dünyanın ən böyük peyk operatorudur.

Bu, Starlink layihəsi çərçivəsində İnternet peyk qrupunun 2019-cu ilin may ayından etibarən 34-cü, bu il üçün isə 18-ci buraxılışıdır. Starlink peyklərinin əvvəlki partiyası dekabrın 3-də orbitə buraxıb/

Bütün xəbərlər Facebook səhifəmizdə