Türkiyənin İzmir vilayətinin Kınık rayonunda kömür mədəninin çökməsi nəticəsində xəsarət alanların sayı 45-ə çatıb.
SİA xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Koca öz rəsmi "Twitter" hesabında yazıb.
"İzmirin Kınık rayonunda mədəndə çökmə nəticəsində yaralanan 18 nəfər Kınık, 6 nəfər Berqama, 21 nəfər isə Soma Dövlət Xəstəxanasına yerləşdirilib. Yaralıların sayı 45-ə çatıb. Hadisə yerinə 14 təcili yardım, 2 UMKE (Milli Tibbi Xilasetmə Qrupu) və ümumilikdə 48 tibb işçisi cəlb olunub", - deyə nazir bildirib.
00:43
Türkiyənin İzmir vilayətinin Kınık rayonunda kömür mədəni çöküb.
SİA xəbər verir ki, nəticədə 8 nəfər xəsarət alıb.
İzmir vilayətinin Valisi Yavuz Selim Köşger öz tviter hesabında bildirib ki, yaralıların vəziyyəti normaldır, onların xəsarətləri yüngüldür, hadisə nəticəsində ölən, həmçinin ağır yaralı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB