Prezident seçkilərinin ikinci turu keçirilir

Prezident seçkilərinin ikinci turu keçirilir

Bu gün Çilidə prezident seçkilərinin növbəti- ikinci turunda səsvermələr keçiriləcək.

SİA xəbər verir ki, ən yüksək post uğrunda solçu Qabriel Borik və sağçı, Respublikaçılar Partiyasından Xose Antonio Kast mübarizə aparır.

“Cadem” şirkətinin dekabrın 3-də açıqladığı sorğunun nəticələrinə görə, respondentlərin 40%-i Borikə, 35%-i Kasta səs verməyə hazırdır. Qalan 25% isə səs verməyə hazırlaşmayacağını və ya hələ seçim etmədiyini cavablandırıb.

Çilidə prezident seçkilərinin birinci turu noyabrın 21-də keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib. Lakin birinci turda namizədlərdən heç biri qanunvericilikdə tələb olunan səsləri toplaya bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB