Liftdə qadına təcavüz etməyə çalışdı

Liftdə qadına təcavüz etməyə çalışdı

ABŞ-ın Kvins şəhərində baş verən təcavüz hadisəsi kameralara tuş gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün baş verən hadisəyə görə, 51 yaşlı təcavüzkar, qadını addım-addım təqib edib. İkisi daha sonra mənzilə daxil olublar. Hər şeydən xəbərsiz qadın arxada heç kimin olmadığını zənn edərək liftlə yuxarı qalxmağa çalışsa da, bu vaxt təcavüzkar onun arxasınca gəlib. Təcavüzkar qadını əlindəki bıçaqla hədələdikdən sonra şalvarını aşağı çəkib. Qadın əlindəki çantanı yerə ataraq cəsarətli bir hərəkət edərək təcavüzkara müqavimət göstərib. İkili arasında gedən mübarizədən sonra təcavüzkar qaçmağa məcbur olub. Hadisədən sonra mənzildən sürətlə qaçan şəxs izini itirməyi bacarıb. Qadının şikayətindən sonra təhlükəsizlik kameralarını araşdıran polis, hazırda liftdə zorakılıq edən 51 yaşlı şəxsi hər yerdə axtarır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə