Pakistanda bir binada partlayış hadisəsi baş verib.12 nəfər ölüb, 12 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən bildirir ki, hadisə Pakistanın Paraça Çovk bölgəsində yerləşən Şerşah məhəlləsində baş verib. Yaralananlar xəstəxxanaya yerləşdirilib. Həkimlər 4 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Polislər partlayışın bölgədəki dərə yatağından keçən təbii qaz boru xəttində baş verdiyini və dərə yatağında tikilmiş binaya da ciddi ziyan dəydiyini açıqlayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB