Misir ilk “Omikron” hadisəsini açıqladı

Misir ilk “Omikron” hadisəsini açıqladı

Misir Səhiyyə Nazirliyi ölkədə ilk “Omikron” mutasiyasının aşkar edildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, bütün dünyaya sürətlə yayılan Covid-19-un “Omikron” mutasiyası Misirdə də görülüb. Misir Səhiyyə Nazirliyi ölkədə ilk “Omikron”mutasiyasının 3 nəfərdə aşkar edildiyini açıqlayıb.
“Omikron”a yoluxan 2 nəfərdə heç bir əlamət olmadığı, digər şəxsdə isə yüngül simptomların olduğu bildirilib. “Omikron” mutasiyasına yoluxan şəxslər xəstəxanada xüsusu karantinaya alınıblar.
Qeyd edək ki, Misirdə cəmi 373 min 509 Covid-19 hadisəsi olduğu halda, epidemiya başlayandan bəri 21 min 277 nəfər ölüb. Səhiyyə Nazirliyi ölkədə 310 min 749 nəfərin tam peyvənd olunduğunu açıqlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə