Təbii yanğınlar insan itkisinə səbəb oldu

Təbii yanğınlar insan itkisinə səbəb oldu

Tarixinin ən dəhşətli tornado fəlakətlərindən birini geridə qoyan ABŞ-da bu dəfə quru havanın törətdiyi nəhəng təbii yanğınlar insan itkisinə səbəb olub. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın ortasında yerləşən Kanzas ştatında yüzlərlə on minlərlə hektar ərazi yanaraq külə dönüb. İdarəolunmaz alovların ən azı iki nəfərin ölümünə səbəb olduğu bildirilib.

Ölənlərdən biri Leoti yaxınlığındakı fermaya sahib olan fermer Riçard Şimanekdir.

Saatda 145 kilometrə çatan güclü külək və quru hava Kanzas ştatının 11 əyalətində 1620 kvadrat kilometr ərazinin yanmasına səbəb olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə