Virus səbəbindən bu ölkədə komendant saatı tətbiq olunur

Virus səbəbindən bu ölkədə komendant saatı tətbiq olunur

İrlandiyanın Nazirlər Kabineti dekabrın 19-dan ölkədə komendant saatının tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

SİA xəbər verir ki, komendant saatı mehmanxanalara, kinoteatrlara, barlara, restoranlara və teatrlara tətbiq edilir və saat 20:00-dan başlayır.

Ölkənin baş naziri Maykl Martin bildirib ki, ölkədə yoluxma hallarının artması dərin narahatlıq doğurur, buna görə də bir sıra yeni tədbirlər tətbiq edilir. Yeni tədbirlərdən biri də insanların məsafədən işləməsi ilə bağlıdır. Həmçinin peyvənd olunmuş şəxslər teatrlar və kinoteatrlara daxil olan zaman vaksin sertifikatı təqdim etməli olacaqlar.

Sözügedən tədbirlər 2022-ci ilin yanvar ayının 30-dək qüvvədə olacaq.

Qeyd edək ki, son sutka ərzində İrlandiyada koronavirusa 3 628 yoluxma halı qeydə alınıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə