Ərbili sel basıb - Ölənlər var

İraqın şimalında yerləşən Kürdüstan Muxtar Vilayətinin paytaxtı Ərbil şəhərini sel basıb.

SİA TRT-yə istinadən xəbər verir ki, sel nəticəsində aralarında bir nəfər Türkiyə vətəndaşı da olmaqla, 12 nəfər həyatını itirib.

Bildirilib ki, 2 gün dayanmadan yağan yağış şəhər ətrafındakı bəzi qəsəbələrində həyatı iflic edib, xeyli ev uçub. Ölənlər arasında 10 aylıq körpə də var.

Türkiyənin İraqdakı səfirliyi hadisə ilə bağlı başsağlığı yayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə