Rusiya rəsmisi İrəvana səfər edəcək

Rusiya rəsmisi İrəvana səfər edəcək

Rusiya baş nazirinin müavini Aleksey Overçuk iqtisadi məsələlər üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasına qatılmaq üçün İrəvana gedir.

SİA xəbər verir ki, məlumatı “Sputnik Ermənistan” yayıb.

Hökumətlərarası komissiyanın iclası dekabrın 21-22-də baş tutacaq.

Sonuncu dəfə Aleksey Overçuk İrəvana noyabrın sonunda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşündən əvvəl gedib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə