Belarusa qaçan polşalı əsgərə cinayət işi açılıb

Belarusa qaçan polşalı əsgərə cinayət işi açılıb

Polşadan Belarusa qaçan əsgərə qarşı “Fərarilik” maddəsi ilə cinayət işi açılıb.

SİA xəbər verir ki, bu barədə Polşa Hərbi Jandarma İdarəsi tviterdə məlumat yayıb.

Adı açıqlanmayan əsgər bir ildən on ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onun hansı səbəbdən sərhədi pozaraq Belarusa keçdiyi açıqlanmır.

Bütün xəbərlər Facebook səhifəmizdə